İran

İranda nazirliyin saytına haker hücumu oldu- Minlərlə əlumat ələ keçirilib

İranın Elm və Texnologiya Nazirliyinin internet saytına haker hücumu olub.

Sentyabrın 23-ü səhər saatlarında Elm və Texnologiya Nazirliyinin internet saytına haker hücumu nəticəsində nazirliyin saytı dağıdılıb.

Bildirilib ki, bununla yanaşı hökumətin nəzarətində olan 500 servərə haker hücumu olub, 20 mindən çox sənəd oğurlanıb.

Elm və Texnologiya Nazirlinin saytı İran Vətəndaşlıq Qeydiyyatı İdarəsinin saytından sonra son bir həftə ərzində sındırılan və məlumatları ələ keçirilən ikinci dövlət qurumudur.

Qeyd edək ki, bu, İrana bağlı haker qrupların israil vətəndaşlarının məlumatlarını ələ keçirdikləri barədə iddialarından bir gün sonraya təsadüf edir.

Related Articles

Bir cavab yazın

Back to top button