İran

İranda PKK terrorçusunun yas mərasimi keçirilib

İranın kürd teror qruplaşmalarına dəstəyi davam edir. Belə ki, ölkənin Sınandaş şəhərində PKK teror qrupunun üzvü Həsən Mahmudi üçün yas mərasimi keçirilib. Onun ölüm elanının əksinin arxasında PKK-nın logosu da yer alıb. Bildirək ki, Sənəndəc sakini Həsən Mahmudi bu yaxınlarda Türkiyə Ordusunun keçirdiyi “Eren-5” əməliyyatı zamanı Mardin şəhərində öldürülüb. O, Türkiyə tərəfindən axtarışda olan terorçuların qırmızı listəsində yer alıb. Artıraq ki, İranın PKK teror qrupuna açıq dəstək verməsi dəfələrlə Türkiyə məsullarının etirazları ilə qarşılanıb. Belə ki, keçən il Türkiyənin İç İşləri baxanı İranın PKK terorçularını Daş Makı şəhərinin Dambat bölgəsində məskunlaşdırmasını kəskin qınayıb. “Türkiyə ordusu bölgəyə girərsə, orada bir terorçunu da sağ qoymayacaq. İndi İranın quzey-batısındakı Dambat bölgəsində 100-ə yaxın PKK terorçusu var. Oranı təmizləmək İranın vəzifəsidir”,-deyə Süleyman Soylu diqqətə çatdırıb. Qeyd edək ki, İran hökuməti hər zaman PKK teror qruplaşmasından Güney ilə Quzey Azərbaycan, habelə Türkiyə türklərinə qarşı basqı vasitəsi kimi yararlanmağa çalışıb. Batı Azərbaycan əyalətində kürdlərin önəmli vəzifələrə təyin edilməsi, onlara qaçaqçılıq üçün şərait yaradılması İranın türklər əleyhinə basqı siyasətinin bir parçasıdır.
Tehran rejimi Batı Azərbaycanda kürdlərin mövqelərini gücləndirərək Türkiyə ilə Güney Azərbaycan türkləri arasındakı bağlantını kəsməyə çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button