Siman əyalətinin Təcili Yardım Mərkəzinin başçısı Məhəmmədəli tahiri mediaya verdiyi açıqlamada hadisənin əyalətin Gərmsar mahalının İvanki şəhərindəki sənaye şəhərciyində baş verdiyini deyib.
52 yaşlı işçinin öldüyünü, daha 5 nəfərin yaralandığını deyən Tahiri, iki nəfərin durumunun ağır olduğu üçün Tehrana köçürüldüklərini bildirib.