İran

İranda qeyri-fars dillərin məhv edilməsi ilə bağlı aksiya keçirilib

Beynəlmiləl Ana Dili Günündə İranda qeyri-fars dillərin məhv edilməsinə qarşı etiraz mitinqi keçirilib. Mitinq iştirakçıları ana dillərinin qorunması və gəlişməsunə dəstək verdikləri üçün tutuqlanan şəxslərin azadlığa buraxılmalarını tələb ediblər. İran Fərhəngi Siniflərinin Uyğulama Şurası isə ana dilində təhsil hüququnun tanınmasını difa edib. Sənəddə ölkədə qeyri-farslara münasibət, onların ana dillərində təhsil almaq hüququqlarından məhrum edilməsi və başqa bu kimi məsələlər yer alıb. Hər il olduğu kimi, bu dəfə də Güney azərbaycanlı fəallar ölkədə türk dilinə olan münasibəti sərt tənqid ediblər. Belə ki, onlar Şərqi Azərbaycanın Təbriz, Kəleybər və sair vilayətlərində divarlara “Ana dilində təhsil hər bir insanın ilkin haqqıdır!”, “Hanı mənim ana dilim?”, “Ana dili olmadan yaşam da ola bilməz!” və “Dünya Ana Dili Gününüz qutlu olsun!” şüarlarını yazıblar. Habelə Güney Azərbaycanın Urmu, Ərdəbil və Xiyav şəhərlərinin sakinlərinə türk dilində kitablar hədiyyə edilib.
Qeyd edək ki, güney azərbaycanlı fəallar Behnam Şeyxi, Əkbər Azad, Əlirza Fərşi və Həmid Mənafi Ana dili haqqının İranda rəsmiyyətə tanınması üçün hakimiyyətə etiraz ediblər. Nəticədə 1398-ci il deyin 30-da onların hər biri 8 il həbs və sürgün cəzasına məhkum ediliblər. Əmir Əmini, Kianuş Aslani isə Tehranda tutuqlanıb. Hazırda onlar Evin Zindanında saxlanılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button