İran

İranda qızıl sikkələrin qiyməti bahalaşıb

"Aznews tv" xəbər verir ki, buna təsir edən amillərdən biri də dünya bazarlarında qızılın bahalaşmasıdır.

Tehran bazarlarında qızıl sikkə növlərinin qiymətlərində artım müşahidə olunur.

“Aznews tv” xəbər verir ki, buna təsir edən amillərdən biri də dünya bazarlarında qızılın bahalaşmasıdır.

İranın Qızıl və Cəvahirat Birliyinin rəis müavininin sözlərinə görə, bahalaşmanın səbəblərindən biri həm də son günlər artan təlabatdır.

Hazırda “Bahar-e Azadi” adlı sikkə 11 milyon 953 min tümənə alqı-satqı edilir. Bu isə ötən ayla müqayisədə 4.4 faiz qiymət artımı olduğunu göstərir.

Beynəlxalq Qızıl Şurasının son statistikasına əsasən, İran vətəndaşları 2021-ci ildə təxminən 25.500 kiloqram qızıl sikkə və külçə alıblar. Bu isə bu sahədə 2020-ci ilə nisbətən 30% azalma olduğundan xəbər verir.

İranda riyalın kəskin dəyərdən düşməsi, ağır iqtisadi çəkinlik fonunda artan yoxsulluq və dövlətin vergiləri artırması əhalinin qızıl sikkə və külçə almasının azalmasına təsirsiz ötüşməyib.

Related Articles

Bir cavab yazın

Back to top button