Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Qrossi: Zənginləşdirilmiş uranın harada olduğunu müəyyənləşdirmək üçün AEBA-nın İranda fəaliyyətinin bərpası zəruridir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi hesab edir ki, təcili şəkildə İran ərazisində agentliyin müfəttişlərinin işini bərpa etmək lazımdır.

Qrossi bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, təxminən 400 kiloqram zənginləşdirilmiş uranın dəqiq harada yerləşdiyini müəyyənləşdirmək üçün vacibdir.

“Bizdə bu materialların harada olduğu barədə informasiya yoxdur”, – deyə baş direktor vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button