İran

İranda silahlı qarşıdurma: 1 zabit öldürüldü, 3-ü yaralandı

Ötən axşam İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında silahlı qarşıdurma baş verib.

Sistan-Bəluçestanın əyalətinin polis komandiri Əhməd Tahiri baş verən silahlı toqquşmada bir polis zabitinin həlak olduğunu, daha üç zabitin isə yaralandığını açıqlayıb.

O, silahlı qarşıdurmanın oktyabrın 31-də əyalətin İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında meydana gəldiyini deyib.

Silahlı etnik bəluçların terrorçu qruplaşmanın üzvü olduqlarını iddia edən polis rəisi öldürülən polisin xüsusi təyinatlı qüvvələrin zabiti Mohsen Rzayi olduğunu bildirib.

Silahlı etnik bəluçların da öldürüldüyünü deyən Tahiri onların sayı və kimliyi barədə açıqlama verməyib, qruplaşmanın digər üzvlərinin saxlanılması üçün əməliyyat aparıldığını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button