İran

İranda siyasi və mədəni fəallar müəllimlərə qarşı basqıların artması ilə bağlı birgə bəyanat yayıblar

İranın onlarla siyasi və mədəni fəalı birgə bəyanatlar yayaraq, müəllimlərin həmkarlar ittifaqı fəallarına qarşı əmniyət və məhkəmə təzyiqinin güclənməsini və İslam Cümhuriyyəti liderləri tərəfindən vətəndaş hüquqlarının dəfələrlə pozulmasını pisləyiblər.

Aprelin 30-da yayılan bəyanatda ölkənin hazırkı idarəedilməsi tənqid edilərək hazırkı sistem “parlamentli idarəçilik”dən əvvəlki dövrə bənzədilib və İran rejminin xalqın tələbləri qarşısında “qanunsuz” və “insan hüquqlarına zidd” yanaşmasının “ağır nəticələri” barədə xəbərdarlıq edilib.

Bəyanatı imzalayan 148 fəal bu idarəçilik sisteminin cəmiyyətin müxtəlif təbəqələri arasında yoxsulluğun, iqtisadi qeyri-sabitliyin və sinfi qarşıdurmanın yayılmasına da təsir etdiyini və bu vəziyyətin davam etməsinin İranı geriyə dönüşü olmayan bir nöqtəyə gətirəcəyini vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button