İran

İranda süd məhsullarının qiymətinin 80% artması səbəbilə istehlakı 20% azalıb

İran Süd Məhsulları Sənayesi Birliyinin idarə heyətinin sədri ötən ay "subsidiya sistemi islahatı"ndan sonra ölkədə süd məhsullarının qiymətinin 80%-ə qədər artdığını deyib.

Mirislam Teymuri mətbuata açıqlamada, habelə istehlakçıların alıcılıq qabiliyyətinə işarə edərək bildirib ki, may ayında südün qiymətinin əhəmiyyətli dərəcədə artmasına görə süd məhsullarının istehlakı 20 faiz azalıb.

Onun sözlərinə görə, süd məhsullarının istehlakında bu qədər azalma qısa müddət ərzində baş verib və uzun müddət ərzində daha çox azalma proqnozlaşdırılır.

İran Süd Məhsulları Sənayesi Birliyinin müşaviri Hüseyn Çəməni də əhalinin alıcılıq qabiliyyətinin xeyli azalması, habelə riyalın durmadan dəyər itirməsi ilə bağlı xəbərdarlıq edərək, bunun insanların həyatına ciddi mənfi təsir höstərdiyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button