AzərbaycanDünyaİran

İranda Sürən Rejim Qətllərilə Bağlı Milli Siyasi Qurumların Ortaq Bildirişi

🔸1401-ci günəş ili devrim ayaqlanmasının dördüncü ayı davam edərkən, adda islam rejimi çeşidli yollarla ölüm makinasını sürdürməkdədir. İstər içəri, istərsə dışarı böhranlarda boğulan legitimsiz rejim Ukrayna oçağının vurulmasının üçüncü ildönümündə daha iki gənci edam etməkdən çəkinmədi. Sözsüz ki, rejim, bundan öncə də bir çox etirazçıların insanı haqlarını heçə sayaraq ölümə məhkum edib və etməyə davam edir. Rejim, ölümcül işgəncələr altında aldığı uyğun etiraflara dayanaraq, bütün təməl hüquq ölçülərindən yoxsun buraxılan hər hansı etiraz səsini boğmaq üçün öldürməyi sürdürür. Bu isə, azad dünyanın vicdanını dərindən yaralayaraq ceza hökmü deyil, dövlət cinayəti olaraq alqılanır.

🔸Sözsüz ki, İranda yaşayan millətlərin və xalqların bu qətllərə qarşı susqun qalması mümkün deyildir. Rejim, küçələrdə və siyasi alanlarda törədiyi ncinayətlərin qarşılığını mislilə ödəyəcəkdir. Yetər ki, dünya topluluqları və demokratiyası bu cinayətlərə qarşı səssiz qalmasın.

🔸Bir halda ki, İran rejiminin dağılması sürəci geri dönməzlik aşamaya girmiş durumdadır. Rejimə qarşı mərkəzçi müxalifətin də fəallaşması hız qazanaraq öz kimliyini daha aydın göstərməkdədir. Mərkəzçi müxalifət, iranda yaşayan çox saylı milli kimlik və etnik yapısının gərçəklərini görməməzlikdən gələrək, tutalitar və geriçi Rza xan diktaturasini yenidən millətlərə hakim etməyə çalışır. Bu axın, tarixdən heç dərs almadan inhisarçı, faşisti və despotizmə dayanan düşüncə tərzilə yoxsul millətlərin olan-qalan varlıqlarını da əlində tutmağa çalışır.

🔸Bugün, hərkəs bu çirkin və pisliyə bulanmış rejimin yox olması üçün çalışır. Ancaq, var olan, gözlə görünən ap-aydın milli fərqlikləri heçə sayaraq “Tək Dilli Dövlət-Millət” düşüncəsilə rejimə qarşı birlik olmaq mümkün deyildir. Bugün, Əhvaz və Azərbaycan küçələrinin boş qalmasının ən böyük suçlusu mərkəzçı müxalifətin yalnış tutumudur.

🔸Artlq, hərkəs bunu bilməlidir ki, rejimə qarşı devrimin qələbəsi birlik və eşidlik kanalından keçir.

🔸Biz, bu bildirişi imzalayan milli qurumlar olaraq, milli, dini, siyasi, cinsəl və sosial tutumundan asılı olmayaraq, İranın faşist və mürtəce rejiminə qarşı yaranan ittifaqların diqqətini iranın neçə milliyyətliyinə cəlb edirik. İnanırıq ki, İran gərçəklərini göz önünə almadan yaranan bütüt ittifaqların taleyi  məğlubiyyətdən ötə deyildir.

İranda yaşayan milli entiklərin birgə çalışması, faşist İran rejiminin tarixdən silinməsinin təkcə yoludur. Bu yolda demokratik, dinsəl istibdaddan uzaq, keçmişə yönəlmiş geriçilikdən qurtulmaq və önə baxmaq ən gərəkən görəvimizdir.

Yaşasın İranda sitəm altında inləyən millətlərin milli savaşı!

Yaşasın özgürlük!

🔷Al-Nidhal əl-Ərəbi Əhvaz Azadlıq Hərəkatı – (ASMLA)

🔷Azərbaycan Milli Dirçəliş Təşkilatı – (Dirəniş)

🔷Azərbaycan Mərkəz Partiyası(AMP)

🔷Azərbaycan Öyrənci Hərəkatı – (AZOH)

🔷Güney Azərbaycan Demokrat Partiyası – (GADP)

🔷Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı – (Milli Qurtuluş)

🔷Qayı Qaşqay partiyası

🔷Türkmənsəhra Həmrəylik Şurası

10/01/2023

Related Articles

Bir cavab yazın

Back to top button