İran

İranda təqaüdçülər etiraz aksiyası keçirib

İranda bir neçə aydır başlanan təqaüdçülərin etirazı avqustun 9-da da davam edib

Ölkənin onlarla şəhərində küçələrə çıxan narazılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

“Hər üçü qüvvə moketdir, rəhbər niyə sakitdir”, “Vəd verdiyiniz yetər, süfrələrimiz boşdur”, “Ölüm olsun Rəisiyə” və başqa bu kimi şüarlar səsləndirən narazı təqaüdçülər İsfahan, Ərak, Tehran, Şuş, Əhvaz, Dezful və başqa şəhərlərdə aksiya keçiriblər.

Uzun müddətdir parlamentdə təqaüdçülərin maaşlarının artırılması ilə bağlı müzakirələrin davam etməsinə baxmayaraq heç bir dəqiq nəticə əldə olunmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button