İran

İranda təqaüdçülər etiraz aksiyası keçiriblər

Bəhmən ayının 26-da İctimai Təmin Sazimanın bir sıra baznişəstələri mitinq keçiriblər. Etirazçılar Tehranda İslami Şura Məclisinin, Kərəc, Ərak, Ələhvaz, Nişabur, İlam, Kermanşah, İsfahan və Şiraz şəhərlərində isə İctimai Təmin İdarələrinin qarşısında toplaşıblar.

Onlar bu üsulla iqtisadi durumlarının yoxsulluq həddindən aşağı olmasına, məişət müşküllərinə və müstəmərrilərin təvərrümə mütənasib artırılmamasına etiraz ediblər. Mitinq iştirakçıları “bizim başlıca istəyimiz bahalaşmaya uyğun hüququn artırılmasıdır”, “boş vədlər yetər, süfrələrimiz boşdur”, “baznişəstə ölər, amma ayrı-seçkiliklə barışmaz”, “baznişəstənin sandığı oğruların əsirinə çevrilib” və “baznişəstənin təmin gəmisi batırılıb” kimi şüarlar səsləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button