İran

İranda türkmən fəal Mariya Tələti aclıq aksiyası keçirir

İranda türkmən fəal Mariya Tələti aclıq aksiyası keçirir/ Həbsxanada onun işgəncə edildiyi barədə məlumatlar yayılıb.

Türkmən fəalların verdiyi məlumata görə, Gülüstan əyalətinin Günbəd Kavus şəhərinin zindanıda saxlanılan türkmən fəal Mariya Tələti aclıq aksiyası keçirir.

Xanım fəalın durumunun ağır olduğunu bildirən türkmən insan haqları müdafiəçiləri onun işgəncə edildiyini və Tələtinin buna etiraz olaraq aclıq aksiyasına əl atdıını bildirirlər.

Noyabrın 7-də 32 yaşlı fəal Mariya Tələti atasının evində həbs edilib və onun ittihamı, həbs edilməsi səbəbi barədə heç bir məlumat verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button