Düşmən Qubadlı istiqamətində mövqelərimizə hava həmləsinə cəhd etdi, 2 Su-25 itirdi
Bu gün Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında müharibədən əvvəl cəmi 14 (biri təlim məqsədli olmaqla) Su-25 qırıcı-bombardmançısı vardı və sentyabrın 27-dən etibarən gedən hərbi əməliyyatların gedişində ordumuz onlardan artıq 6-nı ( bu gün vurulanlar da nəzərə alınmaqla) məhv edib.
Düşmənin silahlanmasında Rusiyadan yeni alınan 4 Su-30SM qırıcısı da var və onların Gümrü bazasında saxlanıldığı bildirilir. Rusiyalı təlimatçılar hazırda həmin qırıcıların pilotlarına təlim keçir.