Azərbaycan

Bu il Azərbaycan Respublikasında şəhidlər xiyabanını ziyarət fərqli olacaq

Azərbaycan Cümhuriyyətində sərt qərəntinə rejiminin istəklərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq bu il 20 Yanvar – Ümumi əza Günü ilə ilgili Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli olacaq. Bu barədə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər Vəzirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Xiyabana gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskdan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar. Bildirilib ki, Xiyabanın içində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin əmniyyət hərəkətlərini təmin etmək üçün Şəhidlər Xiyabanı yönündə olan küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button