İran

Ərdəbildə divarlara etiraz şüarları yazılıb

Ərdəbildə siyasi məhbuslara dəstək məqsədilə divarlara qrafiki etiraz şüarları yazılıb. Belə ki, xordadın 8-də bir qrup mədəni fəal İranın seçki siyasətinə və azərbaycanlı məhbuslara qarşı basqılara etirazlarını bildiriblər. Etirazçıları divarlara “Mənim rəyim siyasi məhbusların azadlıq haqqı, mənim rəyim Abbas Lisani”, “Azərbaycan xalqının seçilmiş nümayəndəsi həbsdədir” və b. şüarlar yazıblar.
Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani 25 dey 1397-ci ildə Təbrizin İkinci İnqilab Məhkəməsində şəhərin əmniyyət qüvvələrinə təhvil verilib. Uluslararası Əfv Təşkilatının araşdırmasına əsasən, məhkəmə ədalətsiz şəkildə və şəxsin difalarına əhəmiyyət vermədən ona 15 il həbs cəzası təyin edib.

Related Articles

Bir cavab yazın

Back to top button