İran

İranda üç uşaqlı ailələrə yarı qiymətə kino biletləri veriləcək

İran parlamentin Mədəniyyət Komitəsinin Rəyasət Heyətinin üzvü Zöhrə Sadat Lacəvərdi "cəmiyyətin gəncləşdirilməsi və ailələrə dəstək haqqında qanun"da üç uşaqlı ailələrə güzəştlər nəzərdə tutulduğunu deyib.

Onun dediyinə görə, əsas güzəştlərdən biri üç uşaqlı ailələrə kinoteatrlarda yarı qiymətə biletlərin verilməsidir.

Qeyd edək ki, İranda evliliyi və çoxuşaqlılığı təbliğ etmək barədə kampaniya başladılıb. Bu proses müxtəlif rəsmi şəxslər, dövlət qurumları və cümə imamları tərəfindən aparılır.

Bununla yanaşı azyaşlıların evləndirilməsi ilə bağlı müxtəlif kampaniyalar başladılıb və erkən yaşda evlənənlərə xüsusi imtiyazlar, kreditlər verməklə yeniyetmələri evlənməyə həvəsləndirirlər.

İran İnsan Haqları Təşkilatının yaydığı son hesabata görə, 2021-ci ilin martından 2022-ci ilin martına kimi İranda 20 min azyaşlı qız uşağı məcburi şəkildə evləndirilib.

Hesabatda statistikanın rəsmi rəqəmlərə istinad edilərək verildiyini, məcburi nikaha cəlb olunan azyaşlıların sayının rəsmi statistikadan daha çox olduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button