DünyaİranSiyasət

İranda Ukrayna vətəndaşını həbs etdilər

İranın Ərdəkan şəhərində dünyanı səyahət edən ukrayna vətəndaşı Artyom Surin həbs edilib.

Aznews.tv xəbər verir ki, onu “xəfiyyəlikdə” ittiham edirlər.

Bu haqda Surin öz facebook səhifəsində yazıb.

“Dronum olduğu üçün məni saxladılar. Polis bölməsinə apardılar, sonra yarım saat məhkəmə getdi və həbs qərarı verildi. Tərcüməçi yox idi, məhkəmədə sənədləri imzalamağı məcbur etmək istəyirdilər. Etmədim. Mənim yerimə hansısa sürücü imzaladı. Boynuma “xəfiyyəlik” ittihamı qoymaq istəyirlər”, – deyə Surin şikayət edib.

Səyahətçi məsələnin ciddi olduğunu bildirərək, məsələyə Ukrayna prezidentinin administrasiyasının qarışmasını xahiş edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button