İran

Şirazdakı terror hücumuna görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb

Oktyabrın 26-da İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərindəki ziyarətgahda baş verən terror aktına görə məsuliyyəti “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.

“Fiqaro” qəzetinin yazdığına görə, bu barədə açıqlama İŞİD-in təbliğat saytlarında yerləşdirilib. Açıqlamada 20 nəfərin öldürüldüyü, 20 nəfərin də yaralandığı bildirilir.

Xatırladaq ki, ötən gün Şirazdakı Şahçıraq ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin ziyarətgaha hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

İran rəsmiləri öncə hücum edənlərin 3 nəfər olduğunu, ikisinin saxlanıldığını, birinin axtarıldığını iddia etsələr də, sonradan yayılan videolarda ziyarətgaha bir nəfər silahlının girdiyi məlum olub.

İran rəsmilərinin hadisə ilə bağlı zidiyyətli məlumatları terror əməli ilə bağlı müxtəlif ehtimalların irəli sürülməsinə və şübhələrin yaranmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button