İran

İRANDA YOXSULLUQ HƏDDİ GETDİKCƏ ARTIR

Dövlətin gərçəkləşməyən sözləri yoxsul cəmiyyətin sayını daha da artıracaq.
Bahalıq, Koronavirus böhranı və iqtisadi rukud işsizlərin sayını artırıb. Taavun və ictimaii rifah vizarətinin verdiyi məlumata görə 800 min insan işsizlik biməsində qeydiyyatdadır. Ötən 2 ayda iş mərkəzlərinin yüzdə 30-u 1 işçisi ilə vidalaşmalı olub.
Bimə olanlar isə yalnız 3 ay müddətində bundan faydalana bilir. İşsizlik biməsi üçün elam olunan aylıq 1 milyon tüməndir. İşsiz və az gəlirli insanlara dölət tərəfindən himayət olunacaqlarına söz verilsə də buna əməl olunmayıb.
Bütün bunlarla yanaşı ölkədə əsas mallar bahalaşıb. Ötən həftə bir kilo toyuq ətinin kilosu 19 min tümənə yüksəldi. Quşçular sinfi mərkəzinin muavini Həbib Əsəduhnəjad quş yemi üçün ərz ayrılmazsa toyuğun qimətinin 20 min tüməni keçəcəyini deyib.
Dövlət bahalığın amilini təhrimlər səbəbindən olduğunu bildirir və cəmiyyəti yaradılmış bu çətin vəziyyətdə dözümlü olmağa çağırır. Həsən Ruhani bu şərayiti 60-cı illərlə müqayisə edərək bildirib: o günlərdə əmniyyətimiz indi isə iqtisadımız riskdədir. O ən son danışıqlarından birində deyib, millətin süfrələrinin kiçilməsi önəmli deyi, önəmli odur ki,millət istəklərindən əl çəkmir.

Tehranın əsnaf otağının rəisi ordibeşt ayında bəslənmə məhsulları üçün ayrılan 4200-lük ərzin ləğv edildiyini deyib. Nimayii adlandırılan ərz 16 min tüməndir . Bu isə dövlət ərzdən 4 qat coxdur.
Koronadan və iqtisadi rukudun dərinləməməsindən öncə millətin yüzdə 40-ı fəqr xəttinin altında yerləşirdi. Bu rəqəmlər qiymətlərin bu qədər bahalaşmasından və dövlətin verdikləri sözlərin gəçəkləşməməsindən sonra daha da yüksələ bilər. Belə desək yeyəcək məhsulların qiymətində ən azı 4 bərəbər artım yoxsulluq xəttinin altında olan yüzdə 40 cəmiyyəti 4 bərəbər olunacağı ehtimalı heçdə uzaq görünmür.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close