İran

İrandakı gərginlik Güney Azərbaycan məsələsini gündəmə gətirdi

İranın Türkiyəyə münasibəti ötən gün İran Məclisində yaranan gərginliklər fonunda özünü açıq şəkildə göstərdi. İranda milyonlarla türkün yaşamasına baxmayaraq, bu məsələ İran tərəfindən gündəmdən uzaqlaşdırılır. Bir sözlə, Güney Azərbaycan məsələsi gözardı edilir. Desambrın 10-da Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Zəfər rejəsində çıxışı zamanı Rəcəb Tayyib Ərdoğanın Bəxtiyar Vahabzadənin şeirini səsləndirməsi ilə vəziyyət tamamilə dəyişir. İran Məclisində məsələyə sərt münasibət göstərilməsi və gərəksiz ittihamların səsləndirilməsi İran-Türkiyə münasibətlərini, o cümlədən Güney Azərbaycan məsələsini bir daha gündəmə gətirdi. İran mətbuatının başlığına çevrilən bu mövzu günlərlə danışıldı. Türkiyə hakimiyyəti və Ərdoğanın ünvanına səsləndirilən sərt ifadələr sosial mediada türklərin haqlı narazılığına səbəb olur. Azərbaycan xalqının qardaş Türkiyəyə dəstəyi hər zaman olduğu kimi bu dəfə də iki ölkə arasında ilgilərin sarsılmazlığının bariz nümunəsinə çevrilir.Türkiyə mətbuatı isə bu məqamda Güney Azərbaycan məsələsini işıqlandırdı. İranın düşünülməmiş addımı və türk xalqına qarşı nifrət püskürməsi Güney Azərbaycan mövzusunun beynəlxalq səviyyədə yenidən xatırlanmasına imkan yaratdı.
Heç kəsə sirr deyil ki, bu məsələ İranda fars milliyyətçiliyi və qatı Tehran hakimiyyəti tərəfindən boykot edilir. Bu yolla onlar Azərbaycan xalqının illər boyu davam edən intizarını yox saymağa çalışırlar.
Ancaq Azərbaycan və Türkiyə qardaşlığı hər hansısa mübahisəli məsələdə uğurlu diplomatiya ilə çıxış etməyə, bölgədə barış və sabitliyə nail olmağa qadirdir.

Related Articles

Bir cavab yazın

Back to top button