Site icon Aznews TV

İrandan husilərə göndərilən silahlar Britaniya qüvvələri tərəfindən saxlanılıb

Britaniya hökumətinin iyulun 7-də yaydığı bəyanata əsasən, saxlanılan silahlar arasında yer-hava tipli raketlər və 1000 km mənzilli qanadlı raket mühərrikləri də olub. Bu isə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2015-ci ilə qəbul edilmiş 2216 saylı qətnaməsinin pozulması hesab edilir.

Qeyd edək ki, bu, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi tərəfindən İrana məxsus qabaqcıl silahları daşıyan gəmilərin saxlanmasına dair ilk əməliyyatdır.

Exit mobile version