Dünya

İrandan husilərə göndərilən silahlar Britaniya qüvvələri tərəfindən saxlanılıb

Böyük Britaniya hökuməti ölkənin Hərbi Dəniz Qüvvələrinin 2022-ci ilin əvvəllərində dəniz təhlükəsizliyi əməliyyatları çərçivəsində İranın sürətli katerlərinə yüklənmiş silah və qabaqcıl raketlərin İranın cənubundakı beynəlxalq sularda saxlanması ilə bağlı xəbər yayıb.

Britaniya hökumətinin iyulun 7-də yaydığı bəyanata əsasən, saxlanılan silahlar arasında yer-hava tipli raketlər və 1000 km mənzilli qanadlı raket mühərrikləri də olub. Bu isə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2015-ci ilə qəbul edilmiş 2216 saylı qətnaməsinin pozulması hesab edilir.

Qeyd edək ki, bu, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi tərəfindən İrana məxsus qabaqcıl silahları daşıyan gəmilərin saxlanmasına dair ilk əməliyyatdır.

Related Articles

Bir cavab yazın

Back to top button