Azərbaycanİran

İrandan qayıqlarla ölkəyə narkotik gətirən dəstə üzvləri saxlanılıblar

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdikləri tədbir nəticəsində Xəzər dənizinin İran sahillərindən qayıqlarla narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyevi saxlayıblar.

Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd “Metadon M40” həbi olmaqla ümumilikdə 187 kiloqram narkotik vasitələr aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı Elşad Əliyev və Zakir Nağıyevin vaxtaşırı olaraq Rəsul, Rza və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub.

Related Articles

Bir cavab yazın

Back to top button