Site icon Aznews TV

İranıın hücumu nəticəsində 1 yaşlı körpə həyatını itirdi

Bu barədə İraq təhlükəsizlik və səhiyyə mənbələri məlumat yayıb.

Bildirilib ki, raket hücumu nəticəsində iraqlı iş adamı Pişrev Dizeyinin villası dağılıb, iş adamı, 1 yaşlı qızı və başqa bir neçə ailə üzvü ölüb.

Məlumatda İraq Kürdüstanının yüksək səviyyəli kəşfiyyat rəsmisinin evinin və bir kəşfiyyat mərkəzinin də hədəfə alındığı qeyd edilib.

Qeyd edək ki, SEPAH yaydığı bəyanatda “Mossad”ın casusluq mərkəzini hədəf aldığını iddia edib.

Exit mobile version