Dünyaİran

İranıın hücumu nəticəsində 1 yaşlı körpə həyatını itirdi

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhəri yaxınlığına balistik raketlərlə endirdiyi zərbələr nəticəsində mülki şəxslər həyatını itirib.

Bu barədə İraq təhlükəsizlik və səhiyyə mənbələri məlumat yayıb.

Bildirilib ki, raket hücumu nəticəsində iraqlı iş adamı Pişrev Dizeyinin villası dağılıb, iş adamı, 1 yaşlı qızı və başqa bir neçə ailə üzvü ölüb.

Məlumatda İraq Kürdüstanının yüksək səviyyəli kəşfiyyat rəsmisinin evinin və bir kəşfiyyat mərkəzinin də hədəfə alındığı qeyd edilib.

Qeyd edək ki, SEPAH yaydığı bəyanatda “Mossad”ın casusluq mərkəzini hədəf aldığını iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button