İran

İranın əmniyyət qüvvələri Möhsün İsməili Əqdəmin atası evində axtarış keçirib.

Möhsün İsməili Əqdəmin Ərdəbil əhli və Theran sakinidir. Bundan öncə də o dəfələrlə çağrılıb, tutuqlanıb və sorğuya çəkilib

İranın əmniyyət qüvvələri dünən Azər ayının 14-ü günortadan sonra, Ərdəbil sakini azərbaycanlı mədəni fəal Möhsün İsməili Əqdəmin atası evində axtarış keçirib. Əmniyyət qüvvələri övladlarını tutqlamaqla onun ailəsini hədələyərək mənzillərində axtarış edib və Möhsün İsməilinin evdə olmadığına görə onu tuta bilməyiblər.
Möhsün İsməili Əqdəmin Ərdəbil əhli və Theran sakinidir. Bundan öncə də o dəfələrlə çağrılıb, tutuqlanıb və sorğuya çəkilib. Ən sonuncusunda Quzey Azərbaycan Cümhuriyyəti ilə Ermənistan arasında 44 günlük savaş gedişində Qarabağın azad olunmasını himayə etdiyinə görə təhlükəsizlik qüvvələri onu izləməyə götürüb və mənzildə olmadığına görə onu tuta bilməmişlər.

Related Articles

Bir cavab yazın

Back to top button