İran

  Amerikalı senator: SEPAH-ın terrorçular siyahısından çıxarılması başa düşülən deyil

"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hələ də təhlükəli və sabitliyi pozan bir oyunçudur".

“Aznews tv”xəbər verir ki, bunu amerikalı demokrat senator Kris Kuns “Iran International” xəbər ajansına açıqlamasında Sepah-ın Bayden hökuməti tərəfindən terrorçu qruplaşmaları siyahısından mümkün çıxarılması ilə bağlı narahatlığını ifadə edərkən deyib.

Baydenin yaxın tərəfdarlarından olan demokrat senator habelə bildirib: “Sepah-ı niyə terrorçu qrupları siyahısından çıxarılmalı olduğunu başa düşə bilmirəm. Bu, mənə görə başa düşülən deyil. Təbii ki, son məlumatlardan xəbərim yoxdur və bu addımın müqabilində nə alacağımızı bilmirəm, çünki hər-halda bunun qarşılığında çox vacib bir şey əldə etmək lazımdır”.

Senator Kuns sonda qeyd edib ki, danışıqlarda insan haqlarının kobud şəkildə pozulması, zorakılığın bölgəyə gətirilməsi və İranın ballistik raket proqramı danışıqlarda nəzərdə saxlanılmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button