Dünyaİran

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmənd Türkiyə Xarici İşlər Vəzirliyinə çağırılıb.

Buna səbəb İranın Bağdaddakı diplomatik elçisi İrəc Məcidinin Türkiyənin İraqın əmniyətini pozması ilə bağlı fikirlər səsləndirməsi olub. Vəzirlik rəsmisi İran səfirinə terrorla mübarizədə ölkəsinin Türkiyənin qarşısında deyil, yanında olmasını gözlədiklərini çatdırıb.

Xatırladaq ki, fevriyənin 23-də İranın İraqdakı səfiri İrəc Məcidi İraq Kürdüstanının “Rudaw” media qrupuna verdiyi müsahibədə Türkiyənin İraqın quzeyində apardığı antiterror əməliyyatlarının bu ölkənin əmniyyətini pozduğunu bəyan edib. O, bildirib ki, Türkiyə beynəlxalq mərzlərə hörmətlə yanaşmalı və öz qoşunlarını İraq ərazisindən dərhal çıxarmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button