İran

İranın baş müzakirəçisi: Rusiya və Çin bizimlə razılaşır, fikir ayrılığımız Qərblədir

"Aznews tv" xəbərinə görə, Baqeri Kəni bildirib ki, İranın mövqeyi ilə Rusiya və Çinin mövqeyi üst-üstə düşür, lakin Qərb dövlətləri ilə razılığa gələ bilmirlər.

İranın Vyana atom anlaşması üzrə baş müzakirəçisi Əli Baqeri Kəni danışıqların müsbət və irəliləyən yöndə olduğunu iddia etsə də, müzakirələrin avropalı tərəfləri hər hansı bir müsbət irəliləyişin olmadığını deyirlər.

“Aznews tv”  xəbərinə görə, Baqeri Kəni bildirib ki, İranın mövqeyi ilə Rusiya və Çinin mövqeyi üst-üstə düşür, lakin Qərb dövlətləri ilə razılığa gələ bilmirlər.

Xatırladaq ki, Britaniya tərəfi hazırki müzakirələrin İranın atom anlaşmasını bərpa etməsi üçün son fürsət olduğunu deyib. Eyni zamanda, daha öncə Almaniya və Fransa İranın irəli sürdüyü təkliflərin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, İran tərəfi özünün atom proqramının sülhməqsədli olduğunu iddia etsə də, uranı günü-gündən zənginləşdirməklə məşğuldur. Danışıqların yeddinci mərhələsinin başlanmasından öncə İranın danışıqları gecikdirməsi, danışıqlar müddətində isə daha öncəki atom anlaşmasının demek olar ki, bütün şərtlərinə zidd olan təkliflər irəli sürməsi əslində müzakirələrin sülhlə nəticələnməsində İslam Cümhuriyyətinin istəkli olmadığını və danışıqlara sadəcə ölkələrinə qarşı oyulan sanksiyaların ləğvi üçün getdiyini göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button