İran

İranın bir neçə əyalətində çörək rəsmi olaraq bahalaşdı

İranda çörəyin rəsmi qiyməti Tehran, Mazandaran və Rəzəvi Xorasan və bir neçə əyalətdə bahalaşıb.

Tehran əyalətinin başçısının iqtisadi məsələlər üzrə müavini Heşmətollah Əsgəri bazar günü bildirib: Buğda, un və çörəyin qiymətlərinin tənzimlənməsi üzrə işçi qrupunun ikinci toplantısında, buğda ilə müxtəlif növ çörəklər üçün təsdiq edilmiş qiymətlər təyin olunub və əyalətdə çörək bahalaşıb.

Məşhəd Çörəkçilər Birliyinin başqanı Mustafa Keştgər bazar günü açıqlamasında deyib: Buğda, un və çörək üzrə əyalətdə işçi qrupunun qərarına görə, bu şəhərdə subsidli və yarı subsidli çörəklərin qiyməti yüzdə 40-43 artıb.

Habelə, Mazandaran əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başqanı Hüseynəli Qavanlu əyalətdə subsidli və yarı subsidli çörək üzrə müxtəlif növ çörəklərin qiymətində yüzdə 20-30 artım olduğunu bildirib.

Qeyd edək ki, İki ay öncə Kərəc Çörəkçilər Birliyi başqanı əyalətdə çörəyin qiymətinin yüzdə 50 bahalaşdığından xəbər vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button