İran

İranın bir neçə şəhərində təqaüdçülər etiraz mitinqi keçirib

"Aznews tv" xəbər verir ki, etirazlar zamanı təqaüdçülər öz səslərini bir sıra şüarlarla İran rejiminə çatdırıblar.

İranın Tehran, Əhvaz, Kermanşah, Damğan, İsfahan şəhərlərində təqaüdçülər dolanışıq çətinliyi, yoxsulluq, habelə təqaüdlərinin olduqca aşağı olması səbəbi ilə etiraz aksiyası keçiriblər.

“Aznews tv”  xəbər verir ki, etirazlar zamanı təqaüdçülər öz səslərini bir sıra şüarlarla İran rejiminə çatdırıblar.

Onlar əsasən, “Ey rəhbər, ədalət, ədalət!”, “Ədalət görmədik, yalnız yalan eşitdik” kimi şüarlar səsləndirərək öz haqlarını tələb ediblər.

Xatırladaq ki, ötən bir il ərzində təqaüdçülər özəlliklə İctimai Təminat Təşkilatının müavinətçiləri dəfələrlə İranın müxtəlif şəhərlərində etiraz mitinqləri keçiriblər. Onların əsas tələbləri şəhərdə yaşayan 4 nəfərlik bir ailənin normal yaşaya biləcəyi qədər müavinət ala bilmək və müavinət islahatının həyata keçirilməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button