CəmiyyətİranSağlıq & Yaşam

İranın cənubunda 2 tondan çox narkotik aşkar olundu

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində böyük miqdarda narkotik maddələr aşkar olunub.

Aznews.tv xəbər verir ki, şəhərdə aşkar olunan 2 ton 282 kiloqram narkotikin 1681 kiloqramı xaşxaş, 601 kiloqramı isə həşiş olub.

Qeyd edək ki, dünyada narkotik maddələri dövriyyəsinin əsas marşrutlarından biri də İrandır.

Əfqanıstandan dünyaya yayılan xaşxaş dövriyyəsinin 80, heroin və morfinin 40% məhz İrandan keçir.

Bundan əlavə, islam qaydalarına zidd olsa da, İranda narkotik maddələrin qəbul edilməsinə ciddi nəzarət edilmir.

Əsasən də, digər millətlərin kompakt yaşadığı bölgələrdə yerli əhalinin narkotik vasitələrinə qurşanmasının qarşısı lazımi qaydada alınmır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button