İran

İranın iki neft yüklü tankeri Suriyaya çatıb, üçüncüsü isə yoldadır

"Nüvə İranına Qarşı Birlik" Təşkilatının yüksək vəzifəli rəsmisi Suriyanın Baniyas limanında İranın neft daşıyan iki tankerinin yükünün eyni anda boşaldılmasının görüntülərini dərc edərək, üçüncü tankerin də Suriyaya doğru yola düşdüyünü bildirib.

Təşkilatın rəsmisi və İranın Neft Tankerlərinin İzlənməsi Mərkəzinin rəhbəri Klare Canqmen iyunun 24-də Twitter paylaşımında bildirib ki, İranın “Daran” və “Qolru” adlı neft tankerləri yüklərinin boşaldılması üçün Suriyanın Baniyas limanındadırlar.

O, habelə qeyd edib ki, İranın “Arman 114” neft tankeri isə İran neftini Suriyaya göndərmək üçün “Traden” tankeri ilə gəmidən gəmiyə əməliyyatlar vasitəsilə yük mübadiləsi aparır.

Canqmen sonda “Traden” neft tankerinin Kamerun bayrağı altında üzdüyünü və bu ilin əvvəlində Türkiyədə təmir olunduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button