Dünya

İranın insan haqları təşkilatları general Təlayinin Kanadaya səfərinə etiraz ediblər

İranın səkkiz insan haqları təşkilatı Tehranın sabiq polis rəisi və ölkədə insan haqlarını ən kobud şəkildə pozanlardan olan Mirtəza Təlayinin asan bir şəkildə Kanadaya getməsinə etirazlarını bildiriblər.

“Aznews tv”ın xəbərinə görə, “HRANA” ajansı bu barədə məlumatında bildirib ki, sözügedən insan haqları təşkilatları birgə bəyanat yayaraq Təlayinin bu yaxınlarda Kanadaya səfəri ilə bağlı narahatlıqlarını vurğulayıblar.

Onlar, habelə Kanadanın baş naziri Castin Trudonu sabiq Sepah komandanları və digər insan haqları pozucularını Kanadada qəbul etməkdən çəkinməyə çağırıblar.

Bəyanatda Kanada hökumətinə xəbərdarlıq edilib ki, Murtəza Təlayinin asanlıqla Kanadaya girməsinə icazə verilməsi təhlükəli mesaj verir. Bu, eyni zamanda Kanadaya sığınan iranlılara qarşı da təhqirdir.

Related Articles

Bir cavab yazın

Back to top button