İran

İranın İstanbulda sui-qəsd planının yeni görüntü və detalları yayıldı

İstanbulda İranın 8 agentinin həbsindən təxminən üç həftə sonra Türkiyənin "Sabah" qəzeti bu şəxslərin həmin şəhərdə İsrail vətəndaşlarına qarşı terror planının fotolarını və təfərrüatlarını yayıb.

Bununla yanaşı, İsrailin baş naziri bu planı pozduğu və sui-qəsdin qarşısını aldığı üçün Türkiyə hökumətinə bir daha təşəkkür edib.

Qəzetin iyulun 10-da yazdığına görə, Türkiyənin Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul polisi həmin şəxslərin müxtəlif vaxtlarda bu şəhərə gələrək gizli görüşlər keçirməsi barədə məlumat yayıb.

Xatırladaq ki, iyunun 15-də Türkiyə mətbuatında İsrail vətəndaşlarına qarşı terror aktları törətmək üçün İstanbula göndərilən İranın təhlükəsizlik qüvvələrinə mənsub 8 nəfərin həbs olunması ilə bağlı xəbər yayılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button