İran

Milli fəallara qarşı zorakılıq tətbiq olunub

Milli mədəni fəallar Əlirza Fərşi və Behnam Şeyxi əmniyyəti qüvvələr tərəfindən döyüldüklərini bildiriblər. Olay onların ailələri ilə ayrı-ayrı təmas qurduqları zaman baş verib. Məlumata görə, fəallar tutuqlanma zamanı hökm göstərmədiyi üçün məmurların qeyri-qanuni hərəkətlərinə etiraz edərək müqavimət göstəriblər. Nəticədə isə məmurlar tərəfindən şiddətli döyülərək zorakılığa məruz qalıblar. Məsələ ilə bağlı raporlar məmurların əksər siyasi və mədəni fəalları tutuqladıqları zaman həbs qərarı göstərməkdən imtina etdiklərini göstərir. Beləliklə, fəalların bu qanunsuz hərəkətə müqavimət göstərməsi, fiziki zorakılıqla nəticələnir. Xatırladaq ki, Behnam Şeyxi 1399-cu ilin Tir ayının 31-i Tehranın İnqilab Meydanında həbs olunub. Əlirza Fərşi isə eyni gündə Tehranda, evə qayıdarkən əmniyyəti qüvvələr tərəfindən tutuqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button