Dünya

İranın kimyəvi silahlardan istifadəsinə dair məlumatlar məxfilikdən çıxarılıb

Amerika İranın şimyayi silahlardan istifadə etməsi barədə bilgiləri gizlilik dərəcəsindən çıxarıb. Bunu Amerikanın Xarici İşlər vəziri Mayk Pompeo tuiter hesabında qeyd edib. O, Amerika Xarici İşlər Vəzirliyinin son raporuna diqqət çəkib. Rapor “Şimyayi Silahların yayılması, toolidi, saxlanılması, habelə istifadəsinin qadağan edilməsi və onların məhv edilməsi” ilə ilgilidir. Bildirilib ki, İranla birlikdə adıçəkilən konvensiyaya üzv bir sıra dövlətlər icbari öhdəliklərə əməl etməməkdə günahlandırılır.

Amerika Xarici İşlər Vəzirliyinin raporunda qeyd edilib ki, 2019-cu il desambrın sonunadək 192 ölkə konvensiyanın üzvü olub. Bildirək ki, İsrail sənədi imzalasa da, konvensiyona qoşulmayıb. Misir, Quzey Korə və Güney Sudan isə konvensiyanı imzalamaqdan çəkinib. Vəzirlikdən verilən məlumata görə, Bermə, İran, Rusiya eləcə də Suriyə sənədi imzalasalar da, bəzi hallarda onun şərtlərini pozublar.

Related Articles

Bir cavab yazın

Back to top button