İran

İranda iş adamları və mağaza sahiblərinin etiraz aksiyaları genişlənir

İyunun 14-də İranın onlarla şəhərində iş adamları və mağaza mağaza sahiblərinin etiraz aksiyası davam edib və onlar iş yerlərini bağlayaraq küçələrə çıxıb, etiraz aksiyası keçiriblər.

Tehran, Kərəc, İsfahan, Minab, Şiraz, Ərak və başqa şəhərlərdə mağaza yiyələrinin vergi idarələrinə qarşı toplaşaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.

“Yarıtmaz məsul səni istəmirik”, “Ölüm olsun Rəisiyə” və başqa bu kimi şüarlar səsləndirən narazılar vergilərin bir neçə dəfə artırılmasına etirazlarını bildiriblər.

Onlar dolların bahalaşmasını, valyuta bazarındakı qeyri-sabitliyi və hökumətin özəl sektorun vergilərini artırmaq qərarını iş adamları və mağaza  sahiblərinin müflisləşməsinə gətirib çıxardığını deyiblər.

Bununla yanaşı, ayın 14-də İranın bir sıra şəhərlərində sosial təminat təqaüdçülərinin yaşayış şəraiti və maaşların aşağı olması ilə bağlı etiraz aksiyaları da davam edib.

Related Articles

Bir cavab yazın

Back to top button