Site icon Aznews TV

İranın “Kürdüstan Demokrat Partiyası”nın rəhbəri öldürüldü

İran mətbuatının verdiyi məlumata görə, Musa Babaxani İraqın şimalında, Ərbil şəhərində qaldığı hoteldə öldürülüb.

Məlumatda sui-qəsdin kimlər tərəfindən törədildiyi bildirilmir.

“Babaxani naməlum qrup tərəfindən qətlə yetirildi”-deyə, xəbərdə qeyd olunur.

Qeyd edək ki, Musa Babaxani “İran Kürdüstanı Demokrat Partiyası”nın rəhbərliyində təmsil olunub.

Bir neçə il öncə partiyadaxili ixtilaflara görə, partiyadan ayrılaraq başqa qanada- “Kürdüstan Demokrat Partiyası”na keçib və bir müddət sonra onun rəhbərliyinə seçilib.

Partiya siyasi fəaliyyətlə yanaşı silahlı fəaliyyətdə göstərir. İraq və Türkiyədə silahlı kürd qruplaşmaları ilə əməkdaşlıq edir.

Exit mobile version