İran

İranın “Kürdüstan Demokrat Partiyası”nın rəhbəri öldürüldü

İranın “Kürdüstan Demokrat Partiyası”nın rəhbəri Musa Babaxani qətlə yetirilib. Sui-qəsd İraqın Ərbil şəhərində baş verib.

İran mətbuatının verdiyi məlumata görə, Musa Babaxani İraqın şimalında, Ərbil şəhərində qaldığı hoteldə öldürülüb.

Məlumatda sui-qəsdin kimlər tərəfindən törədildiyi bildirilmir.

“Babaxani naməlum qrup tərəfindən qətlə yetirildi”-deyə, xəbərdə qeyd olunur.

Qeyd edək ki, Musa Babaxani “İran Kürdüstanı Demokrat Partiyası”nın rəhbərliyində təmsil olunub.

Bir neçə il öncə partiyadaxili ixtilaflara görə, partiyadan ayrılaraq başqa qanada- “Kürdüstan Demokrat Partiyası”na keçib və bir müddət sonra onun rəhbərliyinə seçilib.

Partiya siyasi fəaliyyətlə yanaşı silahlı fəaliyyətdə göstərir. İraq və Türkiyədə silahlı kürd qruplaşmaları ilə əməkdaşlıq edir.

Related Articles

Bir cavab yazın

Back to top button