
“Mizan Online” Məhəmməd Moqəyyesənin oğlu Mohsen Moqəyyesənin şəxsi Instagram səhifəsində hücumçunun əməliyyatı üçün atasının iki dəfə “bütün hakimlərdən pul yığdığını” yazması və hücumçunun “maliyyə problemləri olduğunu” inkar edib.
Məlumatda həm də qatilin məqsədinin “şəxsi motivli” olmadığını bildirilib.
Xatırladaq ki, Məhəmməd Moqəyyese və Əli Razini İran mediasının Ədliyyə Sarayında “xidmətlər şöbəsinin işçisi” və “çay paylayıcı” kimi təqdim etdiyi şəxs tərəfindən güllələnib.