İran

İranın nüfuzlu Şərif Texnologiya Universitetində dərslər dayandırıldı

Oktyabrın 2-də öyrəncilərin geniş etiraz aksiyalarından sonra Tehran hökuməti universitetdə dərslərin dayandırılması barədə qərar verib.

Tehran hökuməti və Təhsil Nazirliyi nüfuzlu Şərif Texnologiya Universitetində dərsləri dayandırıb.

Buna qərar oktyabrın 2-də öyrəncilərin geniş etiraz aksiyaları keçirməsindən sonra verilib.

İran mediasının yazdığına görə, tətilin müddəti göstərilməyib və növbəti bildirişə qədər universitetə öyrəncilərin girişinə qadağa qoyuıub.

Qeyd edək ki, bazar günü İranın onlarla şəhərində keçirilən kütləvi etiraz aksiyaları ilə yanaşı universitetlərdə də aksiyalar keçirilib.

Şərif Texnologiya Universitetində keçirilən aksiyaya hökumət qüvvələrinin şiddətli müdaxiləsi qarşıdurmalara səbəb olub və öyrəncilərə qarşı gözyaşardıcı qazdan, rezin dəyənəkdən istifadə edilib.

Universitet mühasirəyə alınıb, İranın elm naziri Məhəmmədəli Zülfi Gül hadisə yerinə gəlib və aranı sakitləşdirməyə çalışsa da nəticə əldə olunmayıb.

Çox sayda öyrənci yaralanıb və həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button