Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranın rəsmi məqamının qızının Kanadada qeyri-islami həyatı

İran hakimiyyətinin məsul şəxsləri xalqı bir çox hüquqlarından və azadlıqdan məhrum edib onları özlərinin bəlli etdiyi qaydalar çərçivəsində yaşamağa vadar etsə də, öz ailələri və övladları heç də bu prinsiplərə əməl etmirlər.

İranın yüksək vəzifəli şəxslərinin ailə üzvlərinin tez-tez öz bahalı və açıq-saçıq həyatları ilə bağlı ictimai şəbəkə hesablarında paylaşdıqları görüntülər İran xalqının haqlı qəzəbinə səbəb olur.

Bu dəfə isə İranın Ticarət Otağının Mədən Sənayesi Komisyonu başqanı Bəhram Şəkurinin qızı Nigar Şəkurinin İnstagram hesabında paylaşdığı açıq-saçıq görüntülər diqqət çəkib.

Bildirək ki, İran hakimiyyəti xalqı “İslam qaydaları ilə idarə etdiklərini” iddia edib onların azadlığını əllərindən alır, sərvətlərini talayır, qarşılığında isə öz ailə üzvləri və övladları bu pullarla düşmən adlandırdıqları Amerika, İngiltərə, Kanada və başqa bu kimi Qərb ölkələrində bahalı həyat yaşayırlar. Nədənsə onların övladlarını Məkkə, Kərbəla və başqa bu kimi İran rejiminin xalqa ziyarət etməsini tövsiyə etdiyi müqəddəs yerlərdə görən olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button