İran

İranın rəsmi dövlət qəzetində Azərbaycan təhdid edilib

İranın rəsmi dövlət qəzetində Azərbaycan təhdid edilir. "Cumhuriye İslami" qəzeti İranın hərbi gücünü öyərək bu ölkə sərhədlərində baş verən hadisələri diqqətlə izlənildiyini, rəsmi Tehranın hələlik təmkinli davrandığını, qonşulara tövsiyələr verdiyini və bunun sona qədər belə davam etməyəcəyini yazıb.Qəzetdə gedən yazı "Bakı dövlət xadimləri odla oynamasınlar" kimi hədələyici ifadələrlə başlayıb.

“Əgər onlar tərəfindən belə bir addım atılacaqsa, İran rəsmiləri nəsihət dilini bir kənara qoyub, öz xalqları arasında ciddi mövqeyə malik olmayan bəzi qonşu dövlətlərin rəhbərlərinin mənfur niyyətlərinin həyata keçirilməsinin qarşısını almaq üçün hərbi gücdən istifadə edəcəklər”-deyə, Azərbaycan Respublikasına qarşı xəbərdarlıq edilib.

Yazıda Azərbaycanın müxtəlif vasitələrlə Ermənistanın İranla olan sərhəd zolağını işğal etməyə çalışdığını iddia edilib, Azərbaycan hökumətinin diplomatik yollarla İran hökumətinin başığı qatmağa çalışdığı yazılıb.

Təhdid dolu yazıda yenidən İranın Ermənistanla sərhəddində dəyişikliyin baş verməsinə imkan verməyəcəyi, diplomatiya dilinin arxasında hərbi gücünündə durduğu və lazim olan vaxt işə salınacağı qeyd olunub.

“Keçmişdə olduğu kimi İran İslam Respublikası ilə yaxşı münasibətlərin faydalarından bəhrələnmək üçün “Bakı dövlət xadimlərinə” odla oynamamaq tövsiyə olunur”-deyə, İranın rəsmi qəzetində gedən təhdid mesajının sonunda bildirilib.

Qeyd edək ki, “Cumhuriye İslami” qəzeti rəsmi Tehranın mövqeini əks etdirən media orqanlarından biridir.

Bu qəzetdə gedən təhdid yazısı demək olar ki, İranın bütün media orqanında yenidən yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button