İran

İranın Sistan-Nəluçistan əyalətində etiraz aksiyasında atəş açılıb

Etiraz aksiyasını dağıtmaq üçün odlu silahdan istifadə olunub.

İranın Sistan-Bəluçistan əyalətinin Hirmənd bölgəsində su paylarının verilməməsinə etiraz edən əkinçilərlə hökumət məmurları arasında baş verən qarşıdurmada odlu silahlardan atəş açılıb.

Hirmənd bölgəsinin Əfqanistanla sərhəddə yerləşən “Məlik”gömrük keçid məntəqəsinin qarşısına toplaşan etirazçılar “su bəndi açılmasa gömrük bağlanacaqdır” şüarları səsləndirib, “Sistan-Bəluçistan susuzdur” məzmunli plakardıar qaldırıblar.

Hirmənd şəhərinin başçısı (fərmandar) Fərşad Gərgiçin istefasını tələb edən etirazçı əkinçilər su paylarının buraxılmadığı üçün yeganə gəlir mənbələrini itirdiklərini və müflis olduqlarını bildirib, gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin hərələtinin qarşısını alıblar.

Bundan öncə əkinçilərin etiraz aksiyası keçirəcəkləri ilə bağlı çağırışlarına cavab olaraq Hirmənd fərmandarı hər hansı aksiyanın keçirilməsinə icazə verilməyəcəyini və “iğtişaşçı”lara qarşı amansız davranılacağı barədə xəbərdarlıq etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button