İran

İranın sonu ilə bağlı PROQNOZ: “Xameneinin ölümü…” – ATA- OĞUL Varisliyi

İran prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında 8 hökumət rəsmisi ilə birlikdə həlak olmasından sonra Rəisinin prezidentlik müddətinin bitməsinə hələ bir il qalmasına baxmayaraq, ali dini rəhbər Əli Xameneinin oğlu Müctəbanın əsas vəzifəni tutacağı fikri irəli sürülüb.

Məlumata görə, İbrahim Rəisinin ölümü Xameneinin oğlunu atasının vəzifəsinin əsas varisinə çevirir.

Qeyd edilir ki, Xameneinin yerine real namizədin Rəisi olduğunu bildiyi üçün onu aradan götürüb.

Bu haqda Referans.az– a Güney Azərbaycanlı ekspert, AzNews TV (AN. T) televiziyasının baş müdiri Elyar Kamrani danışıb:

“Bildiyimiz kimi Xamenei yaşlandıqca onun yerinə gələn molla və ya Ayətullah seçməlidirlər ki, İranın lideri olsun. Zamanla müxtəlif insanlar bir-bir Şahruddan, Yəzdidən, Nisbahdan, Rəfsəncanidən tutmuş müxtəlif qəzalarla öldürüldülər. Son olaraq Rəisinin Xameneinin yerinə oturma şansı hər kəsdən çox görünürdü. Keçmiş prezident seçkilərində də hər kəs belə düşünürdü ki, daha Xamanei yaşlanıb, onun yerinə nizama bağlı, Xamenei ilə ortaq fikri olan şəxsi gətirilsin. Rəfsəncaninin ölümündən sonra Xameneinin oğlu Mustafa Xamanei də dillərə düşdü. Bildirilir ki, bütün çabalar budur ki, ortada olan rəqiblərin hamısını siyasi meydandan silib, ələyib yol Xameneinin oğlu Mustafa Xameneiyə açılsın. Bunun arxasında SEPAH və başqa ölkələr də demək olar dayanıb və dəstəkləyir”.
Ekspert bildirir ki, Rəisinin prezidentliyə gətirilməsi Xameneinin oğlunun namizədlik şübhələrini azaltmışdı:

“Amma, bəzi nöanslar bunu göstərirdi ki, Rəisi də onların dediyi kimi deyil. Həm elmi barədə, həm də başqa məqamlarda Rəisi Xameneinin yerinə namizəd kimi görülmürdü. Deyilirdi ki, həm savadı, həm disiplini yoxdur, həm də Xameneinin yerinə oturmasına səlahiyyəti görünmür. Bəzi sözlər də deyirdilər, məsələn Xameneinin oğlu bütün rəqiblərini aradan qaldırmağa çalışır. Rəisinin ölümündən sonra hər şey ağıla gələ bilir. Rəisinin ölümü Xameneinin oğluna atasının yerinə rəqibsiz rahat yol hazırlayır”.

Elyar Kamrami sonda qeyd edib ki, Xamenei öldükdən sonra oğlunun lider olmağa hazırlaşmağı hələ ki, fərziyyədir və ya nəzəriyyədir:

“Çünki İran həm Qərbin təsirindədir və həm də Rusiyanın. Bu faktorları da nəzərə almaq lazımdır. Həm də İranın daxili mühiti hər gün iğtişas və etirazlar səviyyəsindədir. Xameneinin ölümü və ondan sonra seçilən lider bu rahatçılıqda olmayacaq. Fikir var ki, Xameneinin ölümü İran dövlətinin sonun gətirə bilər”.

Şəlalə Babayeva

Related Articles

Bir cavab yazın

Back to top button