İran

İranın sürət qayıqları Oman dənizində Amerikanın nizami gəmisi ilə üz-üzə gəldi – SEPAH açıqlama yaydı

Bildirilir ki, SEPAH-ın bölgədəki sürət qayıqları bundan xəbər tutan kimi Amerikanın hərbi gəmisi ilə üz-üzə duraraq, sözü gedən tankerdə əməliyyat keçirərək onu İran sahillərinə yönəldiblər

İranın sürət qayıqları Oman dənizində Amerikanın nizami gəmisi ilə üz-üzə gəldi – SEPAH açıqlama yaydı

SEPAH ötən gün açıqlama yayaraq, sürət qayıqlarının Oman dənizində üzən Amerikanın nizami gəmisi ilə üz-üzə gəlməsi haqda xəbər yayıb.

Bəyanatda iddia edilir ki, bir müddət öncə Amerikanın bir nizami gəmisi Oman dənizində İran neftini daşıyan tankeri saxladıqdan sonra bu gəmidəki nefti başqa bir tankerə yükləyərək bilinməyən yöndə aparmağa çalışıb.

Bildirilir ki, SEPAH-ın bölgədəki sürət qayıqları bundan xəbər tutan kimi Amerikanın hərbi gəmisi ilə üz-üzə duraraq, sözü gedən tankerdə əməliyyat keçirərək onu İran sahillərinə yönəldiblər.

Açıqlamada habelə iddia olunur ki, Amerikanın körfəzdəki nizami qüvvələri bir neçə nizami helikopter və nizami gəmi ilə birlikdə SEPAH-ın sürət qayıqlarının ələ keçirdiyi iddia edilən tankerin izinə düşərək, onun İran sahillərinə aparılmasına mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər və SEPAH qayıqlarının qarşısında geri çəkilməyə məcbur olublar.

SEPAH-ın sürət qayıqları ilə Amerikanın nizami gəmisi arasında qarşıdurmanın dəqiq nə vaxt baş verdiyi açıqlanmasa da, hadisənin “son vaxtlar” meydana gəldiyi və sözügedən tankerin indi İran sahillərində olduğu bildirilir.

SEPAH baş vermiş hadisədən çəkilmiş videogörüntüləri də yayacağını bildirib.

Qeyd edək ki, SEPAH-a aid sürət qayıqları bundan öncə bir neçə dəfə körfəz sularında üzən Amerikanın nizami gəmilərinə yaxınlaşsalar da, hər dəfə Amerika qüvvələrinin xəbərdarlıq atəşindən sonra onlardan uzaqlaşmağa məcbur ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button