İran

İranın təhlükəsizliyi təmin etmək məqsədilə gördüyü işlər

Bütün ölkələrdə olduğu kimi İran üçün də güvənlik siyasətləri ön planda durur. İranda siyasi sistemin şəffaf olmaması səbəbilə güvənlik xərclərinin məbləği bəlli deyil. Heç şübhəsiz ki, İran İslam Cümhuriyyəti nizami gücü bütün siyasi rejimin gücü kimi qəbul edir. Ölkə kimi varlığını davam etdirmək üçün daxildə və xaricdə bu məsələyə yetərincə diqqət ayırır. Bildirək ki, İran illərdir atom silahı hazırlamaq üçün çalışmalar aparmaqda günahlandırılır. Ancaq İran bu ittihamların hamısını rədd edir. Məlumata görə, təhrimlərin tətbiqi Həsən Ruhaninin birinci dönəmində İranı geri addım atmağa məcbur etdi. BƏRCAM adlı atom anlaşması İranın fəaliyyətlərini məhdudlaşdırdı. Amerikada Bayden hakimiyyətinin başlaması isə atom anlaşması ilə bağlı yeni məsələləri ortaya çıxardı. Baydenin prezident olması ilə İran yeni rəzmayişlər başlatdı. Özəlliklə yeni hazırladığı raketləri tanıdaraq Qərb dövlətlərinə mesaj verməyə çalışdı. Yaşananlar həm bölgə, həm də dünya ölkələrinin nigaranlığına səbəb oldu. Ancaq İran güvənliklə ilgili siyasətlərini davam etdirməkdə qərarlıdır. Qeyd edək ki, Amerikanın xarici işlər vəziri Antoni Blinken İranın bir neçə həftə sonra atom silahı hazırlaya biləcəyi barədə bildiriş etdi. Bayden hökumətinin İranla danışıqlara hələ ki, başlamaq istəmədiyi açıqlandı. Bu, hər ötən gün iqtisadi durumu pisləşən İran üçün yaxşı xəbər olmadı. Hazırda İranda siyasət son dərəcə gərgin bir yöndə irəliləyir. 5 ay sonra baş tutacaq seçkilərdə Əli Xameneinin hakimiyyətə gətirəcəyi şəxsin İranın güvənliklə bağlı siyasətini bəlli edəcəyi bildirilir. Anlaşılan İran hələ də Orta doğudakı nüfuz və gücünü qorumağa çalışacaq. Bu durumdan zərər çəkən isə yenə də millət olacaq.

 

 

 

 

 

 

Related Articles

Bir cavab yazın

Back to top button