İran

İranın Türkiyədə İsrail hədəflərinə hücum cəhdlərinin qarşısını alınıb

İsrailin təhlükəsizlik qüvvələri İranın İsrailin Türkiyədəki hədəflərinə hücum cəhdlərinin qarşısını alıb.

Bu barədə iyunun 12-də İsrailin “Kan” televiziya kanalı xəbər yayıb.

Məlumata görə, İsrail təhlükəsizlik rəsmiləri Ankara rəsmilərinə Türkiyə torpaqlarında İsrail hədəflərinə hücum etmək niyyətləri barədə məlumat verib və hücumların qarşısını almaq üçün onlardan kömək istəyib.

“Planlaşdırılan hücumlar Türkiyədə yerləşən İran şəbəkəsi tərəfindən həyata keçirilməli idi”-deyə, “Kan” televiziyası bildirib.

İsrailin yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmiləri son həftələr Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan Respublikası və Türkiyə kimi İrana qonşu ölkələrə səyahət edən İsrail vətəndaşlarına qarşı cavab hücumları ehtimalından narahat olduqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button